Cüdoçularımız 3 medal qazandı


Almaniyanın Sarbrüker şəhərində keçirilən cüdo üzrə Avropa Kuboku yarışının ilk günündə millimizin üzvləri 3 medal qazanıblar.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və Vüqar Şirinli bürünc medal əldə edib. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev də bürünc medal qazanıb.
Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.



Bu yazı

8856 dəfə oxunub

Tarix

2018-07-15 09:57:28

Yazını

Çap et

Yazını

Paylaş