Braziliya millisi liderliyini qorudu


Bakıda bu gün futvolley üzrə açıq beynəlxalq turnirinə yekun vurulub. "Dalğa Beach”də təşkil olunan turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparıb.
Üçüncü yer uğrunda görüşdə İran millisini 2:0 hesabı ilə məğlub edən Hollandiya yığması turniri üçüncü pillədə başa vurub.
Qızıl medal uğrunda görüşdə Braziliya və Avstriya seçmələri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada braziliyalılar 2:0 hesabı ilə qalib gələrək Bakı turnirinin baş mükafatına sahib olublar.
Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.




Bu yazı

2198 dəfə oxunub

Tarix

2018-07-15 18:04:18

Yazını

Çap et

Yazını

Paylaş