Azərbaycan Prezidenti Rusiya Prezidentini təbrik edib


Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç.

Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu.
Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti





Bu yazı

3649 dəfə oxunub

Tarix

2018-07-16 13:51:53

Yazını

Çap et

Yazını

Paylaş