Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına daxil etdiyi 6 yeni idman növü daxil bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın "biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.
Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb.
BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.


Bu yazı

17084 dəfə oxunub

Tarix

2018-07-20 17:32:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook