Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına bir il qaldı






İyulun 21-dən başlayaraq Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına geriyə sayım başlayıb. Bununla bağlı şəhərin mərkəzi küçələrindən birində geriyə sayımı göstərəcək saat da quraşdırılacaq.

"Olimpnews.az" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi 2019-cu il iyulun 21-də Crystal Hall-da keçiriləcək. 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya Avropanın 50 ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir. İdmançılar 10 idman növü üzrə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir- atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş), 12 idman qurğusunda mübarizə aparacaqlar.
Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqq tərəfindən Avropa Gənclər Festivalını keçirmək təklifini irəli sürmüşdür. Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çoxnövklü idman tədbirdir. İlk dəfə Olimpiya festival 1991-ci ildə Belçikanın Brüssel şəhərində təşkil edilib.
Festival iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinin (AOK) tədbiridir və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında təşkil olunur.
İyulun 10-da yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç Bakıda səfərdə olublar.
Toplantı zamanı 2019-cu ildə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Bunula yanaşı, qonaqlar Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Əl Oyunları Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olublar.








Bu yazı

16262 dəfə oxunub

Tarix

2018-07-23 14:30:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook