Pekin-2022 Olimpiadasının proqramına yeni növlər daxil edilib





Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin qərarı ilə 2022-ci ildə Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib.

Pekin-2022 Olimpiadasının proqramına xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristay idman növü üzrə "biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları ilk dəfə nümayiş etdiriləcək. Əvəzində isə qadınlar arasında xizək ikinövçülüyü, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışlar proqramdan çıxarılıb.
BOK-un qərarı ilə Pekin-2022 Qış Olimpiadasında ümumilikdə, 2892 idmançı mübarizə aparacaq.





Bu yazı

14625 dəfə oxunub

Tarix

2018-07-23 14:49:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook