Tennis çempionatının fərdi yarışlarının püşkatması keçirilib


"Bakı-2018” II beynəlxalq həmrəylik tennis çempionatının texniki iclası və fərdi yarışların püşkatma mərasimi keçirilib. Albaniya, Azərbaycan, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Liviya, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançılarının iştirak etdikləri tədbirdə bildirilib ki, çempionatda 18 qız və 23 oğlan yarışacaq.

Əvvəlcə qızlar və oğlanlar arasında fərdi görüşlərin püşkü atılıb. Qızlar arasında yarışlarda təmsilçilərimizdən Umayra Haşımova belaruslu Aleksandrina Mamiha ilə, Ülviyyə Süleymanova mozambikli Marieta Nhamitambo ilə, Alina Qavriş belaruslu Veranika Novik ilə, Züleyxa Səfərova tacikistanlı Anastasiya Tursunova ilə qarşılaşacaq. Oğlanların mübarizəsində isə Samir Qafarov tacikistanlı Xuşbaxt Kərimovla, Orxan Manaflı livanlı Mohamed Əhməd və Səudiyyə Ərəbistanının təmsilçisi Saud Alhaqbani cütünün qalibi ilə, Rəsul Qocayev tacikistanlı Firuz Muxidinov və türkiyəli Burakcan Yılmaz cütünün qalibi ilə, İlyas Həsənli Albaniya tennisçisi Elbi Mceştri ilə üz-üzə gələcək.

Qeyd edək ki, cüt yarışların püşkatma mərasiminin iyulun 23-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ikinci Beynəlxalq Həmrəylik Tennis Çempionatı iyulun 23-27-də Bakı Tennis Akademiyasında keçiriləcək. Çempionat Azərbaycan Respublikası Mili Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyasının imzaladığı memorandum əsasında təşkil olunub.



Bu yazı

5850 dəfə oxunub

Tarix

2018-07-23 15:30:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook