Çingiz Hüseynzadə: “Çempionatın dünya reytinqinə salınmasına çalışırıq”



Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının Yerli Əməliyyat Komitəsinin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə turnirin açılış mərasimində İslamiadanın irsini davam etdirmək məqsədilə Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) bu turniri təşkil etdiyini açıqlayıb: "İmzalanmış memoranduma əsasən, beş il ərzində Bakıda MOK-un və İHİF-in təşkilatçılığı ilə turnirlər keçiriləcək. Bu çempionat həm də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının tennis yarışlarına hazırlıq xarakteri daşıyır. Əvvəlki çempionatlardan fərqli olaraq, builki turnirdə Rusiyadan və Belarusdan idmançılar da iştirak edirlər. Ümidvaram, Azərbaycan tennisçiləri də bu çempionatda uğurla çıxış edərək müvəffəqiyyət qazanacaqlar”.
Daha sonra qeyd edib ki, beynəlxalq həmrəylik tennis çempionatının yalnız İslam ölkələrinin idmançılarının iştirak etdikləri turnir deyil, irimiqyaslı beynəlxalq yarış kimi dünya reytinqinə salınmasına çalışırıq.


Bu yazı

6724 dəfə oxunub

Tarix

2018-07-24 09:57:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook