İki tennisçimiz növbəti mərhələyə vəsiqə qazanıb


Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə iki tennisçimiz növbəti mərhələyə adlayıb.
Qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub – 6:0, 6:0.
Millimizin üzvləri Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambaya, Samir Qafarov isə Yaraslav Şila məğlub olaraq fərdi yarışlarda mübarizəni dayandırıblar.
İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.



Bu yazı

6115 dəfə oxunub

Tarix

2018-07-24 15:01:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook