Ağır atletimiz bürünc medal qazanıb




Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış günü başa çatıb.
Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinada keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
İtaliyadakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən 2016-cı ildə Polşada keçirilmiş yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Füqan Əliyev 17 yaşadək oğlanların mübarizəsində 69 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Körpücük üzərinə çıxan atletimiz birdən qaldırma hərəkətində 120 kiloqram çəkinin öhdəsindən gələrək bu hərəkətdə dördüncü yeri tutub. Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən F.Əliyev 151 kiloqramı ram edərək Avropa üçüncüsü olub.
Toplam 271 kiloqram (120+151) nəticə göstərən idmançımız yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.




Bu yazı

10380 dəfə oxunub

Tarix

2018-07-25 11:16:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook