Niyaməddin Əliyev gümüş medalını qazanıb



Kyokuşin Dünya Birliyi (KWU) ilə Bolqarıstan Kyokuşin Karate Federasiyasının təşkil etdiyi XII yay düşərgəsi və "Varna kuboku” turniri başa çatıb. Düşərgədə 30 ölkədən 1500 idmançı iştirak edib. Azərbaycanı turnirdə KWU-nun ölkəmizdəki rəsmi nümayəndəsi, Azərbaycan Tibb Universitetinin (ATU) "Təbib” idman klubunun məşqçi-müəllimi, Əməkdar Məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun rəhbərliyi ilə 10 nəfərlik komanda heyəti təmsil edib.
Düşərgənin ilk günlərində proqram üzrə hakimlik seminarları, təcrübi və test imtahanları keçirilib. Təcrübi və testdən uğurla keçən hakimlər turnirdə hakimlik etmək üçün lisenziya qazanıblar.
Əvvəlcə ənənəvi olaraq 18-21 yaşlı gənclər arasında "Varna kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə 18 ölkənin 140 idmançısı iştirak edib. Azərbaycanı turnirdə 3 idmançı təmsil edib. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Niyaməddin Əliyev yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb.
Turnirdən sonra Yaponiyadan dəvət olunmuş böyük karate ustalarının rəhbərliyi ilə gündə 3 dəfə olmaqla ciddi təlim məşqləri olub. Gərgin məşqlərdən sonra proqram üzrə dərəcə artırmaq istəyən ölkə nümayəndələri, məşqçilər və təlimatçılar üçün də test imtahanı keçirilib. İmtahanların nəticəsinə görə, Q.Aslanov 4-cü dan qara kəmərinə, onun tələbəsi Səbuhi Səfərov isə 1-ci dan qara kəmərinə layiq görülüb.




Bu yazı

10884 dəfə oxunub

Tarix

2018-07-25 13:30:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook