Badmintonçularımızın reytinqi yüksəlib


Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Nigeriyada keçirilmiş "Lagos International 2018” turnirinin qoşa yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvləri Edi Reski Dviçayonun və Ezmi Qovimuramadhoninin uğurlu çıxışı reytinqdə xeyli irəliləmələrinə səbəb olub.
Belə ki, reytinqdə 33 pillə irəliləyən Edi Reski Dviçayo 180-ci sıraya yüksəlib. Badmintonçumuzun aktivində 8400 xal var. Qırx üç pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 2818 xalla 386-cı sırada qərarlaşıb.
Edi və Ezmi badmintonçuların qoşa reytinqində də yüksəlişə nail olublar. Qoşa reytinqdə 66 pillə irəliləyən badmintonçularımız 156-cı yerdədir.




Bu yazı

5760 dəfə oxunub

Tarix

2018-07-27 15:50:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook