Cütlüklərin yarışında qaliblər bəlli olub


Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında cütlüklərin yarışlarında da qaliblər bəlli olub. Belə ki, qız cütlüklərin yarışında həlledici görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qırğızıstanlı tennisçilər 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə turniri üçüncü pillədə başa vurublar.
Oğlan cütlüklərin yarışında birinci yer uğrunda görüşdə türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenkoya 2:0 hesabı ilə məğlub olublar. İraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi, seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi isə turnirdə üçüncü olublar.



Bu yazı

6816 dəfə oxunub

Tarix

2018-07-27 17:43:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook