Qran-Pridə 3-cü bürünc medal



Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.
Belə ki, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev turnirin bürünc medalını qazanıb.
Bundan əvvəl Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (90 kq) bürünc medal əldə etmişdilər.
Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-Pridə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil olunub.




Bu yazı

9490 dəfə oxunub

Tarix

2018-07-30 11:43:18

Yazını

Çap et

Yazını

Paylaş