Həndbol komandaları təlim-məşq toplanışlarına başlayıb



Azərbaycanın həndbol komandaları iyulun 15-də tətildən qayıdaraq məşqlərə start veriblər. Avqustun 1-də qadınlardan ibarət "Azərsu" və "Azəryol" kollektivləri təlim-məşq toplanışları üçün Mingəçevirə gediblər. "Kür” Olimpiya İdman Mərkəzində 12 gün ərzində keçiriləcək təlim-məşq toplanışlarında məqsəd avrokuboklara və 26-cı Azərbaycan çempionatına hazırlıqdır.

Avrokuboklardakı digər təmsilçimiz kişi həndbolçulardan ibarət "Bakı" komandası da həm qitə miqyaslı, həm də yerli çempionata hazırlıqlara başlayıb.


Bu yazı

2596 dəfə oxunub

Tarix

2018-08-02 10:29:20

Yazını

Çap et

Yazını

Paylaş