Dünya çempionu Londonda bilinəcək



Şahmat üzrə dünya çempionu titulunun hazırkı sahibi Maqnus Karlsen ilə iddiaçılar turnirinin qalibi Fabiano Karuana arasında bu ad uğrunda matç Londonun mərkəzində yerləşən Holborn kollecində keçiriləcək. Bunu həmin görüşün təşkil edilməsi hüquqlarına malik olan "World Chess by Agon Limited” şirkətinin rəhbəri İlya Merenzon bəyan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İ.Merenzon deyib: "zəngin tarixi və cəlbedici incəsənəti ilə məşhur olan bu qədim məkandan əsasən film çəkilişləri üçün istifadə edilir. Kollecin binası bir qədər köhnəlib, lakin onun cəlbedici olmasını yəqin etmişik”.
Onu da əlavə edək ki, dünya çempionu adı uğrunda matç bu il noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Rəqiblər klassik nəzarət vaxtı ilə 12 partiya oynayacaqlar.
Maqnus Karlsen 2013-cü ildə dünya çempionu olub və o vaxtdan bu adı özündə saxlayır. İddiaçıların turniri isə bu il mart ayında Berlində keçirilib. Həmin turnirdə Fabiano Karuana qalib gəlib. Karuana 1972-ci ildən sonra dünya şahmat tacı uğrunda iştirak edəcək ilk amerikalıdır.
2016-cı ildə şahmat tacı uğrunda matç Nyu-Yorkda keçirilib. O vaxt Karlsen öz rəqibi, rusiyalı qrossmeyster Ergey Karyakinə tay-breykdə qalib gəlib.



Bu yazı

6047 dəfə oxunub

Tarix

2018-08-03 16:45:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook