Birinci dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verilir


Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) "Villi Daume” dünya mükafatının laureatı Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası "Ədalətli Oyun” mövzusunda birinci dünya "Ədalətli Oyun” fotomüsabiqəsinə start verir.
Müsabiqə üçün şəkillər noyabrın 30-dək qəbul ediləcək. Müsabiqədə həvəskar və peşəkar fotoqraflar "Ədalətli oyun” mövzusunda fotolarını təqdim etməlidirlər. Hər bir iştirakçı müsabiqəyə 3 fotoşəkil təqdim edə bilər. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən, müsabiqəyə verilən fotoşəkillər müsabiqəyə qəbul olunmur.
Fotolar 01.01.2018 - 30.11.2018 tarixləri arasında çəkilməlidir;
Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır. Eləcə də istifadə edilən kameranın markası, modeli barədə məlumatlar da göstərilməlidir.
Müsabiqənin şərtləri:
Şəkillər (ağ-qara, yaxud rəngli) yüksək icazəli JPEG formatlı, 300 dpi icazəsi və 7:12 sıxılma dərəcəsi olan şəkil formasında olmalıdır. Şəklin qısa tərəfi ən azı 1920 piksel, uzun hissəsi isə 3200 piksel olmalıdır. Faylınız 4MB-dan çox olmasın. Ağ-qara şəkillər üçün minimal ölçü 1 MB təşkil edir (rəngli şəkil üçün - 2MB). Şəkillər çərçivəsiz və hüdudsuz göndərilməlidir. İştirakçıların adı, imzası, loqosu, tarixi və s. kimi ətraflı məlumatlar fotoşəkildə təqdim olunmalı deyil;
Hər bir şəkil faylının adı 31-dən artıq simvoldan ibarət olmalı deyil;
Adda Ç, Ğ, İ, Ö, Ş, Ü, ç, ı, ğ, ö, ş və ü simvolları istifadə olunmalı deyil;
Ölkə kodundan və bölməni müəyyən edən simvoldan başqa bütün hərflər kiçik hərflə yazılmalıdır;İştirakçının ölkə kodu fayl adının birinci iki hərfində yazılmalıdır (Türkiyə üçün "TR”, digər ölkələr üçün olan kodları öyrənmək üçün bax.: http://www.fiap.net/docs/divers/ISO-CODES-en.pdf). Daha sonra şəkil sahibinin adı maksimum 5 simvoldan ibarət olmaqla yazılmalıdır (məsələn, ÖmerEril YILMAZ adı üçün - "omery” or "oeyil”);
Növbəti simvol kateqoriyanın birinci hərfi olmalıdır (Rəngli) (Color) > R (C), Ağ-qara (Black-White) > A (B) və s;
Fotoşəklin sıra nömrəsi rəqəmlə yazılmalıdır (1-dən 4-ə olmaqla), daha sonra isə alt xətt əlavə edilməlidir (_);
Alt xətdən sonra, simvolların ümumi sayından çox olmamaqla, fotoşəklin adı yazılmalıdır. Məsələn: Ömer Eril YILMAZ adlı iştirakçının "Unudulmuş gələcək” bölməsindən "Qardaşlıq” adlı 1 saylı şəklinin adı "TRomeryDA1_kardeslik.jpg” olmalıdır;
Münsiflər heyəti tərəfindən 1-ci yerin sahibi 4 000 TRY, 2-ci yer 2 000 TRY, 3-cü yer 1 000 TRY, 5 əlavə mükafat olmaqla hər birində 400 TRY və iştirakçı sertifikatı nəzərdə tutulmuşdur. İlk 8 yerin şəkilləri ilə yanaşı, münsiflər heyəti tərəfindən təyin ediləcək 50 şəkil TOK 1-ci Dünya "Ədalətli oyunlar” foto müsabiqəsinin albomunda dərc olunacaq.
Fotolar noyabrın 30-dək müsabiqə katibliyinin e-mail ünvanına (info@olimpiyat.org.tr <mailto:info@olimpiyat.org.tr>) təqdim edilməlidir. Qaliblər dekabrın 19-da elan olunacaq.
Əlaqə üçün məlumat: Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası
Tel: +90 212 560 07 07
Faks: +90 212 560 00 55
E-mail: info@olimpiyat.org.tr
Ünvan: Olimpiyatevi 4. Kısım sonu 34158
Ataköy, İSTANBUL / TÜRKİYƏ
Azərbaycan üzrə əlaqələndirici təşkilat: Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası
Tel: +994 055 709 95 57; 012 440 14 93;


Bu yazı

6782 dəfə oxunub

Tarix

2018-08-07 14:14:24

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook