Mövsümə bədii gimnastlar yekun vuracaqlar


Azərbaycan Gimnastika Federasiyası yay mövsümünə bədii gimnastika üzrə beynəlxalq turnirlə yekun vuracaq. Belə ki, avqustun 18-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "GymBala” adlı beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Qazaxıstan, Macarıstan, Ukrayna və Misirdən olan idmançıların da iştirak edəcəyi gözlənilir.
İki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il, qrup hərəkətləri proqramında isə 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci illər təvəllüdlü gimnastlar qüvvələrini sınyacaqlar. Təcrübəli gimnastların da iştirak edəcəyi turnirdə idmançılar medal uğrunda həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə proqramda mübarizə aparacaqlar.




Bu yazı

9719 dəfə oxunub

Tarix

2018-08-08 11:28:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook