“Qarabağ” – “Zirə” matçı təxirə salınıb
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. "Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib."Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:
Topaz Premyer Liqasının I turunun "Qarabağ” – "Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.
Tarix
2018-08-09 09:12:33