Topaz Premyer Liqasına bu həftə start veriləcək



Bu həftə Topaz Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək. 27-ci dəfə təşkil olunan yarışın ilk turu bir debütlə əlamətdar olacaq. Belə ki, I diviziondan Premyer Liqaya vəsiqə qazanan "Sabah” ilk dəfə Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparacaq. Debütant yarışın tarixinə 60-cı komanda kimi düşəcək. Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb. Premyer Liqanın digər 7 iştirakçısından ikisi isə bütün çempionatlara qatılıb. Bunlar ölkənin iki ən titullu klubu "Neftçi” və "Qarabağ”dı. Arxada qalan 26 çempionatda hərəyə 749 matç keçirən Bakı və Ağdam təmsilçisi ilk turda yubiley qeyd edəcək. Hər iki komanda ölkə çempionatlarında 750-ci matçına çıxacaq. "Neftçi” yubileyi "Sumqayıt”, "Qarabağ” isə "Zirə” ilə matçda qeyd edəcək.



Sumqayıt - Neftçi
11.08 20:00 
Stadion: Dalğa Arena

Keşlə - Sabah
12.08 21:00 
Stadion: ASK Arena

Qəbələ - Səbail
12.08 19:00 
Stadion: Qəbələ şəhər stadionu


Qeyd edək ki, məlumat verdiyimiz kimi "Qarabağ” - "Zirə” oyunu təxirə salınıb.



Bu yazı

8645 dəfə oxunub

Tarix

2018-08-09 10:25:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook