Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir








Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib. 

"Olimpnews.az" xəbər verir ki, yarışlarda ümumilikdə, 117 gimnast mübarizə aparır.
Gimnastlar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci il təvəllüdlü fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.
Medallar uğrunda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "AyUlduz”, "Zirvə” İdman klubları, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, o cümlədən Qusar və Gəncə şəhərlərinin təmsilçiləri yarışırlar.
Avqustun 12-dək davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.



Bu yazı

1174 dəfə oxunub

Tarix

2018-08-10 15:23:07

Yazını

Çap et

Yazını

Paylaş