Bədii gimnastlar təsnifat yarışlarında çıxış edirlər





Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir. Yarışlarda ümumilikdə, 117 gimnast mübarizə aparır.

Təsnifat yarışlarında ilk olaraq mübarizəyə 2008-2010-ci il təvəllüdlü balaca gimnastlar qoşulublar. Sonra 2006-2007-ci il təvəllüdlü yeniyetmə gimnastlar qüvvələrini sınağa çəkiblər.
2008-ci il təvəllüdlü gimnastların təsnifat yarışlarında ilk üç yerdə Nərminə Bayramova ("Ocaq", 36.950 xal), Leyli İsmayılova ("BGM", 32.850 xal), Tahirə Tağıyeva ("Ocaq", 30.550 xal) yer alıb.   2009-cu il təvəllüdlülərin yarışında isə ilk üçlükdə "Ocaq" İdman Klubunun yetirmələri Gövhər İbrahimova (38.550 xal), Sofiya Məmmədova (34.750 xal) və Məryəm Əliyeva (34.650 xal) qərarlaşıblar. 2010-cu il təvəllüdlü balaca gimnastların təsnifat yarışlarının nəticəsinə əsasən, "Ocaq" İK-nun yetirməsi İlahə Bahadırova hamıdan çox bal toplayıb - 33.250 xal.  
Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010 və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010, 2006-2007 və 2003-2005 yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.

Yarışlara avqustun 12-də yekun vurulacaq.






Bu yazı

5920 dəfə oxunub

Tarix

2018-08-10 18:25:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook