Atletimiz gümüş medal qazanıb


Berlində keçirilmiş atletika üzrə Avropa çempionatında yığmamız ilk medalını qazanıb. Belə ki, üçtəkanla tullanma yarışının finalında idmançılarımızdan Aleksis Kopello gümüş medala layiq görülüb. O, 16,93 metr nəticə göstərib. Portuqaliyalı Olimpiya və dünya çempionu Nelson Evora 17,10 metr göstərici ilə Avropa çempionu adını qazanıb. Yunanıstanlı atlet Dimitrios Tsiamis 16,78 metr göstərici ilə bürünc medala yiyələnib.
Azərbaycanın digər idmançısı Nazim Babayev isə 16,76 metr nəticə ilə yunanıstanlı rəqibindən cəmi iki santimetr geri qalaraq dördüncü sırada qərarlaşıb.
Xatırladaq ki, atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparıblar.



Bu yazı

5880 dəfə oxunub

Tarix

2018-08-13 15:04:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook