Avropa çempionatında voleybol yığmamızın təqvimi



Voleybol üzrə Avropa çempionatının seçmə mərhələsində İsveç, Lüksemburq, Yunanıstan milliləri ilə qarşılaşacaq kişilərdən ibarət Azərbaycan yığmasının qrupdakı oyunlarının təqvimi müəyyənləşib.
"G” qrupunda mübarizə aparacaq komandamız ilk görüşünü İsveç voleybolçuları ilə keçirəcək. Azərbaycan - İsveç qarşılaşması avqustun 15-də Azərbaycan Voleybol Mərkəzində başlayacaq.
Fərid Cəlalovun baş məşqçisi olduğu yığmamız avqustun 18-də səfərdə Lüksemburq, dörd gün sonra isə Yunanıstan milliləri ilə qarşılaşacaq. Avqustun 26-da komandamız doğma azarkeşlər önündə Yunanıstan yığması ilə görüşəcək. Gələn il yanvarın 5-də təmsilçimiz Lüksemburqu evdə qəbul edəcək. Bundan dörd gün sonra isə voleybolçularımız səfərdə İsveç yığmasının qonağı olacaqlar.
Qrup mərhələsinin nəticələrinə görə, yeddi qrupun hər birində ilk yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq altı milli isə qalan beş vəsiqə uğrunda mübarizə aparacaq.



Bu yazı

11779 dəfə oxunub

Tarix

2018-08-14 15:55:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook