Roberto Karlos futzal oynayacaq





Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos bundan sonra bacarığını futzalda göstərəcək.


45 yaşlı veteran müdafiəçi Yaponiyanın "İnkişaf" klubunda oynayır. Veteran futbolçu yeni klubunda "Voskuope Senday"a qarşı matçda komandasına qələbə qazandırıb - 2:1. Hər iki qolu Roberto Karlos vurub.
Qeyd edək ki, karyerası ərzində İtaliyanın "İnter", İspaniyanın "Real" və Türkiyənin "Fənərbaxça" klublarında da çıxış edən Roberto Karlos 1992-2006-cı illərdə Braziliya millisində oynayıb.



Bu yazı

1704 dəfə oxunub

Tarix

2018-09-12 10:21:09

Yazını

Çap et

Yazını

Paylaş