FİG-in bayrağı Azərbaycana təqdim olunub


Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub.
Yarışda Azərbaycan milli komandası da iştirak edib. Ölkəmizi təmsil edən Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət qrup komandası dünya çempionatının iki finalında iştirak edib.

Qızlarımız əvvəlcə beş halqa ilə kompozisiyada 20.100 xalla beşinci olublar. Sonra Azərbaycan yığması üç top və iki ip ilə hərəkətlərdə 20.400 xalla yeddinci yerdə qərarlaşıb. Qızlarımız çoxnövçülükdə də yeddinci yeri tutublar.
Sofiyada bədii gimnastika üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edilib. Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe bayrağı Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovaya təqdim edib.
Gələn il Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı Tokio-2020 Olimpiadasına lisenziya verəcək.


Bu yazı

7538 dəfə oxunub

Tarix

2018-09-18 17:45:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook