Əfsanəvi futbolçu Bakıda sənəd imzalayıb



İkiqat dünya çempionu, əfsanəvi futbolçu Kafu Bakıda Xüsusi Olimpiya Hərəkatının ümumdünya səfiri olması ilə bağlı sənəd imzalayıb. Bakı İdman Sarayında keçirilən imzalanma mərasimində veteran futbolçu ilə yanaşı, Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.
Qeyd edək ki, Kafu 1989-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı sabiq sağ cinah müdafiəçisi karyerası ərzində vətənində "San Paulu", "Palmeyras", İspaniyanın "Saraqosa", İtaliyanın "Roma" və "Milan" klublarının formasını geyinib. O, 1994 və 2002-ci il dünya çempionatlarının qalibidir.


Bu yazı

1867 dəfə oxunub

Tarix

2018-09-26 12:30:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook