Üçüncü turda mübarizə aparacaq şahmatçılarımız



Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Şahmat Olimpiadasının üçüncü turu keçiriləcək. AZƏRTAC xəbər verir ki, üçüncü turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşacaq. Bu turda Şəhriyar Məmmədyarov – Yuri Borisek, Arkadi Naydiç – Matey Sebenik, Rauf Məmmədov – Yuri Skoberne, Eltac Səfərli – Boris Markoja matçları keçiriləcək. Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə qarşılaşacaq: Günay Məmmədzadə - Yovanka Xouska, Zeynəb Məmmədyarova – Akşaya Kalayalaxan, Xanım Balacayeva – Çuksite və Gülnar Məmmədova – Lüsi Xead matçları keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması ikinci turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qızlarımız isə belçikalı rəqiblərini tam məğlub ediblər.


Bu yazı

7871 dəfə oxunub

Tarix

2018-09-26 17:11:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook