DÇ-nin bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub



Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Yaponiya nümayəndəsinə təqdim olunub. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev bayrağı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə təqdim edib.
Sonra ali cüdo qurumunun rəhbəri bayrağı Yaponiya Cüdo Federasiyasının prezidenti Yasuhiro Yamaşitaya verib.
Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.


Bu yazı

5185 dəfə oxunub

Tarix

2018-09-26 18:16:57

Yazını

Çap et

Yazını

Paylaş