Niyaz İlyasov: “Bakı gecələri xüsusilə xoşuma gəlir”



İlk dəfə Azərbaycanda 2013-ci ildə olmuşam. Ondan sonra buraya mütəmadi olaraq gəlib dostlarımla gəzirəm. Dənizkənarı Milli Park və Bakı gecələri xüsusilə xoşuma gəlir.
Olimpnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış Rusiya təmsilçisi Niyaz İlyasov deyib.
Keçirdiyi görüş barədə öz təəssüratlarını bölüşən idmançı bildirib: "Bakıya qızıl medal qazanmaq üçün gəlmişdim, lakin üçüncü yerlə kifayətlənməli oldum. Rəqibimlə yarım il bundan qabaq qarşılaşmışdım və məğlub olmuşdum. Finala çıxa bilmədim, amma üçüncü yer uğrunda mübarizədə qalib gəldiyim üçün sevincliyəm. Bu, mənim dünya çempionatlarında ilk çıxışım olduğuna görə əldə etdiyim nəticənin qənaətbəxş hesab edirəm. Bundan sonra öz üzərimdə daha çox çalışacağam. İnanıram ki, növbəti çempionatlarda qızıl medal qazanacağam”.
Niyaz İlyasov vurğulayıb ki, yarış çox yüksək səviyyədə təşkil edilib və burada iştirak etməkdən olduqca xoş idi.



Bu yazı

5743 dəfə oxunub

Tarix

2018-09-27 11:03:53

Yazını

Çap et

Yazını

Paylaş