Millimiz Yaponiya təmsilçisinə uduzub



Bakıda keçirilən cüdo üzrə dünya çempionatınınqarışıq komanda yarışlarında mübarizəyə 1/8 final mərhələsindən başlayan millimizin ilk rəqibi Avstriya komandası olub. Gərgin mübarizə şəraitində davam edən qarşılaşma millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
Millimiz 1/4 finalda Yaponiya ilə üz-üzə gəlib. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.
Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub. Ümumi hesabda yığmamız 2:4 hesabı ilə uduzub.
Cüdoçularımız təsəlliverici görüşdə Hollandiya ilə qarşılaşacaq.


Bu yazı

5849 dəfə oxunub

Tarix

2018-09-27 12:35:14

Yazını

Çap et

Yazını

Paylaş