“Çalışacağam ki, yarışda ən azından öz şəxsi rekordumu təkrarlayım”



Fəxriyə Tağızadə (Buenos-Ayres-2018-də ölkəmizi atletika idman növündə təmsil edəcək idmançımız):

- Buenos-Ayres-2018-də atletikanın 100 m məsafəyə qaçış yarışlarında iştirak edəcəyəm. Yarışa hazırlıqlarımız öz qaydasında davam edir. Gərgin məşqlər edirik. Çalışacağam ki, oyunlarda ən azından öz şəxsi rekordumu təkrarlayım. Qeyd edim ki, 100 m məsafəyə qaçış yarışlarında şəxsi rekordum 12,08-dir. Argentinada bizi çox çətin sınaq gözləyir. Əsas rəqiblərim isə Fransa və Yamayka atletləri olacaqlar. İnanıram ki, bu yarışda da uğurla çıxış edərək mənə bəslənən ümidləri doğruldacağam. Bizə yaradılan şəraitə görə Azərbaycan Atletika Federasiyasına minnətdarlığımı bildirirəm.



Bu yazı

1996 dəfə oxunub

Tarix

2018-09-28 11:38:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook