500-cü qolu vuran futbolçu - “Qolların Tanrı”sı



"Los-Anceles Qalaksi” ötən həftə karyerasında 500-cü qolunu vuran Zlatan İbrahimoviçə jest edib. ABŞ klubu isveçli hücumçuya "Qolların Tanrı”sı ləqəbini verib. Hətta MLS təmsilçisi həftəsonu çempionatda "Vankuver”lə keçiriləcək oyunun afişasına 36 yaşlı futbolçunun film qəhrəmanı Tor obrazında şəklini vurub. Həmin plakatlar matçı izləmək üçün stadiona gələcək ilk 10 min azarkeşə təqdim olunacaq. Qeyd edək ki, İbrahimoviç Kriştianu Ronaldo və Lionel Messidən sonra 500 qol səddini adlayan 3-cü futbolçudur.


Bu yazı

1914 dəfə oxunub

Tarix

2018-09-28 12:54:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook