Olimpiada-2026 uğrunda mübarizə davam edir



Ərzurum şəhərinin meri Seyfeddin Ezizoğlu 2026-cı ildə keçiriləcək qış olimpiadasına ev sahibliyi edəcəyi təqdirdə bobsley, skeleton və kirşə idmanı üzrə yarışların Soçi şəhərində keçirilməsini təklif edib. Bu barədə "İnside the Games” portal Türkiyənin "Hürriyət” qəzetinə istinadən məlumat yayıb.
Seyfeddin Ezizoğlu bu məsələ ilə bağlı Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovla görüşəcəyini deyib.
"Biz olimpiadanı almaq üçün çox çalışırıq. Fikirləşirik ki, Olimpiada-2026-nı Soçi şəhəri ilə birgə keçirək. Çünki burada qış idmanı növləri üçün gözəl şərait və infrastrukura var. Bu cür infrastrukturu yaratmaq külli miqdarda vəsait tələb edir. Bu səbəbdən olimpiadanı birlikdə keçirməyi düşünürük”, - deyə Ərzurumun meri bildirib.
Məlumat üçün bildirək ki, Soçidə fəaliyyət göstərən kirşə-bobsley şossesi nəhəng idman qurgularından biridir və 2014-cü ildə Rusiyada keçirilən XXII Qış Olimpiadası ərəfəsində inşa edilib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu ilin aprelində Olimpiada-2026-ya iddialı şəhərlərin siyahısını açıqlayıb: Kalqari (Kanada), Sapparo (Yaponiya), Stokholm (İsveç), Syon (İsveçrə), Ərzurum (Türkiyə), Milan və Kortina d’Ampetso (Italiya)


Bu yazı

3039 dəfə oxunub

Tarix

2018-09-28 13:35:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook