Çempionlar Liqasında da VAR-dan istifadə olunacaq



UEFA 2019/2020-ci il mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə verib. Bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 2019-cu il UEFA Superkubokunda da VAR-dan istifadə olunacaq.
UEFA videotəkrar sistemini Avro-2020-nin və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində, eləcə də 2020/2021-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsindən etibarən tətbiqini planlaşdırır.


Bu yazı

4944 dəfə oxunub

Tarix

2018-09-28 14:29:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook