Şahmatçılarımız Ermənistan və Yunanıstan yığmaları ilə qarşılaşacaqlar



Gürcüstanın Batumi şəhərində təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 5-ci turun oyunları keçirilir. Kişi şahmatçılardan ibarət yığmamız Ermənistan komandası ilə, qadın təmsilçilərimiz isə Yunanıstan yığması ilə qələbə uğrunda mübarizə aparacaqlar.
Azərbaycan-Ermənistan matçında Levon Aronyan-Şəhriyar Məmmədyarov, Qabriel Sarkisyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Arkadi Naydiç və Hayk Martirosyan-Rauf Məmmədov qarşılaşmaları gözlənilir. Azərbaycan-Yunanıstan qarşılaşmasında isə Anna-Mariya Botsari-Zeynəb Məmmədyarova, Stavroula Solakidu-Xanım Balacayeva, Anastasiya Avromidu-Gülnar Məmmədova və Xaritomeni Markantonaki-Ülviyyə Fətəliyeva yarışacaqlar.
Batumi Olimpiadasının dördüncü turunda Azərbaycan yığması qələbə qazanıb. Kişi şahmatçılarımız 3,5:0,5 hesabla İngiltərə yığmasına qalib gəlib, qadın təmsilçilərimiz isə 1,5:2,5 hesabla ABŞ komandasına məğlub olublar. Komandaya qələbəni Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov qazandırıb, Arkadi Naydiç üçüncü şahmat taxtası arxasında heç-heçə oynayıb. ABŞ-la qarşılaşmada isə Xanım Balacayeva qələbə qazanıb, Gülnar Məmmədova "sülh” bağlayıb, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova məğlub olublar.
Dörd turdan sonra 3 komandanın – Azərbaycan, Polşa və Çinin hərəsinin aktivində 8 xal var.


Bu yazı

2116 dəfə oxunub

Tarix

2018-09-28 16:00:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook