Polo üzrə millimiz gümüş medal qazanıb



Azərbaycan milli komandası İtaliyanın Siyene şəhərində polo üzrə Avropa çempionatının final oyununda 8:4 hesabı ilə İtaliya seçməsinə məğlub olaraq gümüş medal qazanıb.
Millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində Avropa birinciliyi keçirilib. Turnirdə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak ediblər.


Bu yazı

2148 dəfə oxunub

Tarix

2018-10-01 11:19:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook