Mayk Tayson: “Kasıb boksçular daha uğurlu olurlar”






Ağır çəkili tanınmış boksçu Mayk Tayson Mumbaya səfəri zamanı keçmişdəki yoxsul həyat tərzindən danışıb. Bu barədə "Economic Times" nəşri məlumat verib.

"Fikrimcə, daha çox yoxsulluq, əzab-əziyyət görənlər daha yaxşı boksçu ola bilirlər. Baxsaq, görərik ki, ən uğurlu əlcək sahibləri xarabalıqlardan çıxıblar. Bir sözlə, kasıb boksçular böyük nəticələr əldə edirlər", - deyə 52 yaşlı Mayk Tayson bildirib.
İdmançı Hindistana qarışıq döyüş növləri (MMA) üzrə "Kumite 1 League" turnirinin açılışına görə gəlib. Jurnalistlərlə söhbət zamanı Tayson qeyd edib ki, karyerasının əvvəlində seçim imkanı olsaydı, heç vaxt MMA ilə məşğul olmazdı: "MMA-da böyük pul yoxdur, mən isə həmişə pul ardınca getmişəm",
Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.  Tayson 1987-1990-cı illərdə ağır çəki dərəcəsində mütləq dünya çempionu olub.



Bu yazı

1919 dəfə oxunub

Tarix

2018-10-02 10:29:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook