Maksim Medvedev: “Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”



"Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Arsenal” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikrini bildirib.
"Biz Azərbaycan çempionatında oynayırıq, il ərzində bu cür oyunlar az olur. Belə qarşılaşmalar tez-tez olsaydı, daha asan olardı. Biz İngiltərənın böyük tarixə malik klubuna qarşı mübarizə aparacağıq. "Arsenal” həm fiziki, həm texniki, həm də sürət baxımından güclü klubdur. Ona görə də bu cür çətin oyuna hazır olmalıyıq.
Özümüzü bu cür sürətli və texnikalı rəqibə qarşı sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək və baş məşqçinin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanaq".



Bu yazı

1464 dəfə oxunub

Tarix

2018-10-04 11:43:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook