Qurban Qurbanov: "Bu oyun bizim üçüm böyük təcrübə oldu"



Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ımız Bakı Olimpiya Stadionunda "Arsenal"a 0:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə "çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu".



Bu yazı

1585 dəfə oxunub

Tarix

2018-10-05 11:12:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook