Tahir Gözəl: ". Hədəfimizeyni zamanda Qarabağ adını bütün dünyaya çatdırmaqdır"


"Qarabağ"ımızın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində "Arsenal"la baş tutan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

-Hesab edirəm ki, "Qarabağ" Azərbaycana layiq oyun oynadı. Nəticə oyunun keyfiyyətini əks etdirmədi. Məncə, möhtəşəm oynadıq. "Qarabağ" bütün dünyanın və İngiltərədən gələn azarkeşlərinin hörmətini qazandı. Düzdür, nəticə istədiyimiz kimi olmadı. Rəqibimiz dünyaca məşhur, çox güclü komanda idi. Biz Qarabağın adını İngiltərəyə və bütün dünyaya duyurmaq istəyirdik ki, bunu da bacardıq. Bu möhtəşəm stadionda dünyanın ən nəhəng klublarını qəbul edirik. Bu, bizim üçün xoş haldır.

- Azərbaycana gəlişiniz bu oyunla bağlı idi, yoxsa şəxsi işlərinizə görə?

- Mən tez-tez Azərbaycanda oluram. Əlbəttə, bu oyun da çox önəmli idi. Tarixi qarşılaşma idi. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Xüsusən də ilk hissə çox möhtəşəm idi.

- Bu gün sanki bəzi oyunçuların ustalıq səviyyəsi qol vurmağa çatmırdı. Sizcə, növbəti mövsümdə komandanı daha da gücləndirmək və daha bacarıqlı oyunçular gətirmək olarmı?

- Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Demək olar ki, komandanın media gəlirləri yoxdur. Azarkeşlərimizin əksəriyyəti məcburi köçkünlər olduğu üçün bilet gəlirlərimiz elə də çox deyil. Biz bu gün büdcələri bizdən qat-qat çox olan klublarla mübarizə aparırıq. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda Qarabağ adını bütün dünyaya çatdırmaqdır. İtaliyanın "İnter" klubu ilə oyunda bizə qarşı olan haqsızlığa, hətta İtaliya mediası belə biganə qalmamışdı.Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər.





Bu yazı

4307 dəfə oxunub

Tarix

2018-10-05 11:48:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook