Aerobika gimnastikası üzrə beynəlxalq yarışlar keçirilir






Oktyabrın 6-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.

"Olimpnews.az” xəbər verir ki, iki gün davam edəcək yarışda 200-ə yaxın gimnast iştirak qüvvəsini sınayır.
Yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramında öz bacarıqlarını nümayiş etdirirlər.
Aerobika idman növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla bölüşürlər. Ötən il olduğu kimi, bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların iştirak etdiyi turnir rəqabətin yüksək olacağından xəbər verir.



Bu yazı

1647 dəfə oxunub

Tarix

2018-10-06 12:07:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook