Gimnastlar təsnifat yarışlarında qüvvələrini sınayırlar






Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

"Olimpnews.az” xəbər verir ki, iki gün davam edəcək yarışda 200-ə yaxın gimnast iştirak qüvvəsini sınayır.
Yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramında öz bacarıqlarını nümayiş etdirirlər.
Təsnifat yarışlarında əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.
Sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında mübarizəyə qoşulacaqlar.
Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.



Bu yazı

1663 dəfə oxunub

Tarix

2018-10-06 15:07:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook