Milli Gimnastika Arenasında keçirilən yarışlara sabah yekun vurulacaq





Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

"Olimpnews.az” xəbər verir ki, iki gün davam edəcək yarışda 200-ə yaxın gimnast iştirak qüvvəsini sınayır.
Yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər. Gimnastlar medal uğrunda 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramında mübarizə aparırlar.
Bu gün təsnifat yarışlarına mübarizə aparan gimnastlar sabah finalda yarışacaqlar. Finalda uğurla mübarizə aparan gimnastlar turnirin medallarına sahib olacaqlar.






Bu yazı

6192 dəfə oxunub

Tarix

2018-10-06 17:43:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook