Habib Makqreqora qalib gəldi






Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

"Olimpnews.az” xəbər verir ki, görüş Las-Vegas şəhərində "T-Mobile Arena"da baş tutub.
Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.
UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib dördüncü raundda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

Bu, Nurməhəmmədovun karyerası ərzində keçirdiyi iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.
Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorar 2 milyon dollar olub.



Bu yazı

6613 dəfə oxunub

Tarix

2018-10-07 11:45:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook