Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Olimpiadanın açılış mərasimi paytaxtın mərkəzi küçələrinin birində - 9 iyul prospektində təqribən 200 mindən çox insanın iştirakı ilə Olimpiya oyunları tarixində ilk dəfə olaraq idman festivalı çərçivəsində təşkil olunub. Olimpiadanın Təşkilat Komitəsi açılış mərasimini bu formatda keçirməklə kütləvilik baxımından həm oyunların, həm də Olimpiya Hərəkatının təbliğinə və inkişafına böyük töhfə verib. Buenos-Ayresin mərkəzi küçələrinin birində keçirilən açılış mərasimini 200 mindən çox insanın canlı olaraq, əsasən öz ailə üzvləri ilə birlikdə izləməsi də bu möhtəşəm tədbirin əhəmiyyətini xüsusilə artırıb.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən ölkələrin milli bayraqlarını idmançılar təntənəli şəkildə insanların önündən keçiriblər. Azərbaycan Respublikasının dövlət bayrağını boksçumuz Nurlan Səfərov daşıyıb. Olimpiadanın açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək bu oyunların əhəmiyyətini qeyd etmiş və yeniyetmə idmançılara yarışlarda uğurlar arzulamışdır. Argentinanın məşhur idmançıları Pedro İbarra və Sesilia Karrantsa Olimpiya məşəlini 1936-cı ildə şəhərin 400 illiyi münasibətilə inşa edilmiş və yerli sakinlər tərəfindən El Obelisco adlandırılan abidənin önündə alovlandırmışlar. Argentina Prezidenti Maurisio Makri Oyunları açıq elan etmiş və möhtəşəm açılış mərasimi maraqlı proqramlarla davam edərək başa çatmışdır.

Məlumat üçün bildirək ki, Yeniyetmələrin Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi altında 14-18 yaşlı idmançılar arasında keçirilir.Azərbaycan idmançıları bu oyunlarda ilk gündən- 2010-cu ildən iştirak edir. 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları

yeniyetmə idmançıların, idmansevərlərin yaddaşında həmişəlik qalıb. İdman və Olimpiya oyunlarının tarixinə qızıl hərflərlə yazılan bu olimpiadada yeniyetmələr dostluq, qardaşlıq, biri-birinə hörmət, məhəbbət nümayiş etdiriblər. Onlar bir daha sübut ediblər ki, idman ayrı-ayrı xalqların, dövlətlərin arasında sülh, əməkdaşlıq, mehriban münasibət yaradan bir qüvvədir.

Sinqapur-2010 Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən 3531 idmançı 26 növ üzrə yarışlarda mübarizə aparıb. Olimpiadada 6 idman növü üzrə 12 idmançı (5 güləşçi, 3 boksçu, 1 ağırlıqqaldıran, 1 cüdoçu, 1 taekvondoçu, 1 kanoeçi) ilə təmsil olunan Azərbaycan komandası yarışları 8 medalla başa vurub. Sinqapurda 12 gün davam edən və yalnız 97 ölkənin medal qazandığı yarışlarda ölkəmiz ABŞ, Çin, Rusiya kimi ölkələrlə bir sırada yer alıb. Ölkəmiz 8 medalla (5 qızıl, 3 gümüş) dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutub. İdmançılarımızdan Sinqapur-2010 Olimpiadasında Murad Bazarov (yunan-Roma güləşi, 42 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50 kq), Patimat Baqomedova (qadın güləşi, 52 kq), Nicat Rəhimov (ağırlıqqaldırma, 69 kq), Əli Maqomeddabirov (sərbəst güləş, 100 kq) qızıl medal qazanıb. Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (boks, 57 kq) isə Olimpiadanın gümüş medalına layiq görülüb.

Yeniyetmələrin II Olimpiya Oyunları isə 2014-cü ildə Çinin Nankin şəhərində keçirilib. Nankin-2014 Olimpiadasında 201 ölkədən 3600-ə qədər atlet 28 idman növündə mübarizə aparıb. Azərbaycan atletləri Yeniyetmələrin II Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş 1 bürünc) 10-cu pillədə başa vurub. Qeyd edək ki, yarışlarda yalnız 87 ölkənin təmsilçiləri medal qazana bilmişdilər.

Təmsilçilərimizdən Teymur Məmmədov (63 kq), İqbal Hacızadə (100 kq), Rüfət Hüseynov (49 kq), Leyla Qurbanova (52 kq, qadın güləşi), İslambek Dadov (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondo), Cabbar Nəcəfov (50 kq,

yunan-Roma güləşi), Boris Yotov (akademik avarçəkmə) gümüş və Nazim Babayev (atletika) bürünc medala qazanmışdılar.

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında isə dünyanın 206 ölkəsindən 3998 idmançı 32 idman növündə qüvvəsini sınayır. Yarışların keçirilməsi əsasən dörd ərazi-Urban, Yaşıl, Teknopolis və Olimpiya parkları üzrə planlaşdırılıb. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. Yarışların ilk günü yeniyetmə idmançılarımız cüdo, stolüstü tennis, taekvondo, idman gimnastikası üzrə yarışlarda qüvvələrini sınayıblar. Əvvəlcə cüdoçularımız Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. Vüsalə Kərimova son nəticədə yarışları 7-ci yerdə başa vursa da, digər cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Yarışları Beynəlxalq Olimpiya Kimitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və digər rəsmi şəxslərlə yanaşı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, SOKAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov da izləmişlə
















Bu yazı

3698 dəfə oxunub

Tarix

2018-10-06 11:04:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook