ADBTİA-da Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir


Oktyabrın 05-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) tədbir keçirilib. Tədbirdə V Avropa çempionatında "Zorxana və Pəhlivan” güləşçılərinin qalibləri və məşqçıləri də də iştirak etmişlər. Akademiyanın rektoru çıxış edərək hər bir iştirakçını salamlayaraq, "Müəllimlər günü” münasibəti ilə müəllimləri təbrik edib.

Əvvəlcə tədbir iştirakçıları "Müəllimlər günü”nə həsr olunmuş video çarxa baxıblar. Bildirilib ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.

Tədbirdə çıxış edən "Zorxana ” güləş Federasiyasının prezidenti, professor Xanlar Qurbanov Avropa çempionatında əldə etdikləri kuboku akademiyanın idman muzeyində saxlamaq üçün akademiyanın rektoru Fuad Hacıyevə təqdim edib. Natiq qeyd etmişdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, tələbələri və müəllimlərindən ibarət Zorxana və Pəhlivan güləşi üzrə ölkə milli yığma komandası iyul ayında Belarusun paytaxtı Minsk şəhərində tarixlərində keçirilən V Avropa çempionatında 12 komanda arasında Azərbaycan milli komandası I yerə layiq görülmüşdür. Komandanın tərkibində fərdi hərəkətlərdə pəhlivanlarımız 6 qızıl, 2 gümüş, 2 bürünc medal qazanmışlar. Komandalı qrup hərəkətlərində: Səfərov Rəsul, Salamov Məmmədi, Güləliyev Rüfət, Orucov Xəyyam, Cavadov Vüsal, Bayramov Həsənalı, Cəfərov Araz ,Xanlarov Orxan I yer. Fərdi hərəkətlərdə: Orucov Xəyyam I yer, Milbazi, Salamov Məmmədi I yer, Kəbbadə, Güləliyev Rüfət I yer, Səng, Xanlarov Orxan I yer, Çərxi tiz, Cavadov Vüsal I yer, Milsəngi, Səfərov Rəsul 60 kq II yer, pəhlivan güləşi, Salamov Məmmədi 70 kq II yer, pəhlivan güləşi, Güləliyev Rüfət 80 kq III yer, pəhlivan güləşi, Cavadov Vüsal 90 kq III yer pəhlivan güləşi ürə yerlərə layiq görülüblər.

Tədbir iştirakçıları Azərbaycan təhsilinin inkişafına göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya İdman Akademiyasının müəllimləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Dilqəm Quliyev




Bu yazı

4848 dəfə oxunub

Tarix

2018-10-09 10:09:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook