Lisenziya xarakterli yarışda 5 medal


Kazanda keçirilən sambo üzrə Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda "A” kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Yarışlarda Azərbaycanın yığma komandası da mübarizə aparıb.
Azərbaycan yığması beynəlxalq turniri uğurla başa vurub. İdmançılarımızdan Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Abdulla Abdullayev (74 kq), Emil Həsənov (68 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Fuad Məmmədov (62 kq) isə turniri üçüncü pillədə başa vurub.
Qeyd edək ki, bu turnir Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xalı verən yarış olduğu üçün xüsusi əhəmiyyət daşıyırdı. Bir aydan sonra komandamız Rumıniyanın paytaxtı Buxarestdə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Mundial həm də Minskdəki Avropa Oyunlarına ən yüksək xal verən əsas yarış olacaq. Buxarestdəki dünya çempionatı noyabrın 8-dən 12-dək keçiriləcək.



Bu yazı

1134 dəfə oxunub

Tarix

2018-10-09 11:59:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook