Buenos-Ayres -2018 bədii gimnastika - video






Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.
"Olimpnews.az" xəbər verir ki, Azərbaycan gimnastı Yelizaveta Luzan dünən bədii gimnastika yarışlarında öz bacarığını nümayiş etdirib. Halqa ilə hərəkətlərdə qüvvəsini sınayan idmançımız növbəti çıxışına bu gün davam edəcək. Bədii gimnastika üzrə final yarışları oktyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, gimnastika ilk dəfədir ki, yeniyetmələrin Olimpiya Oyunlarında nümayiş etdirilir. Azərbaycanı bu yarışlarda iki gimnastımız – Yelizaveta Luzan və Səməd Məmmədli təmsil edirlər. Bədii gimnastikada çoxnövçülük üzrə fərdi yarışlarda yalnız 1 dəst medal oynanılacaq. İdman gimnastikasında isə idmançılar 7 dəst medal uğrunda qüvvələrini sınayacaqlar.
Bədii gimnastımızın çıxışını Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev tribunadan izləyiblər. 


































Bu yazı

1393 dəfə oxunub

Tarix

2018-10-10 08:12:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook