Buenos-Ayres-2018: idmançımız bürünc mükafata layiq görülüb - VİDEO



Yeniyetmələrin Buenos-Ayresdə keçirilən Yay Olimpiya oyunları davam edir. Azərbaycan idmançıları yarışlarda növbəti dəfə mükafatçılar sırasında yer alıblar. Belə ki, Oyunlar çərçivəsində keçirilən taekvondo yarışlarında təmsilçimiz Cavad Ağayev milli komandamızın aktivinə daha bir medal yazdırıb. Taekvondoçumuz O, 63 kq çəki dərəcəsində ilk görüşündə iranlı Hamed Aşqari Mehdabadini (9:8) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə koreyalı Çho Vonhee ilə görüşdə Cavad Ağayev məğlubiyyətə uğrayıb. Bununla da idmançımız yarışların bürünc medalına layiq görülüb. Onun rəqibi isə Olimpiya Oyunlarının qızıl medalına yiyələnib. Qızların yarışında çıxış edən idmançımız Minayə Əkbərova (44 kq) isə ilk görüşə qazaxıstanlı Assel Usmanovaya məğlub olaraq (9:14) yarışları mükafatsız başa vurub.
Xatırladaq ki, Cavad Ağayevdən əvvəl cüdoçumuz Vüqar Talıbov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.





















































Bu yazı

7523 dəfə oxunub

Tarix

2018-10-10 09:11:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook